...

Medvedyevin Azərbaycana münasibəti çox yaxşıdır – Azərbaycan XİN-i

Siyasət Materials 3 Mart 2008 13:37 (UTC +04:00)
Medvedyevin Azərbaycana münasibəti çox yaxşıdır – Azərbaycan XİN-i

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir S.Ağayeva / Medvedyevin Azərbaycana münasibəti çox yaxşıdır. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim bildirib.

"Azərbaycan-Rusiya münasibətləri ən yüksək səviyyədədir və biz Rusiyanın yeni prezidenti ilə bu münasibtləri daha da yüksəltməyə çalışacağıq" - deyə İbrahim bildirib.

Martın 2-də Rusiyada prezident seçkiləri keçirilib. Səslərin 70.1 faizini toplayan Dmitri Medvedyev yeni prezident seçilib. Medvedyev Rusiyanın Azərbaycandakı səfirliyində keçirilən səsvermədə də birinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti