Azərbaycan, Bakı, 03 mart/ " , müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinin iclası martın 6-da Parisdə keçiriləcək. Bu barədə bazar ertəsi Trend a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, iclasda Avropa Birliyinin "İnsan hüquqlarına dair Avropa Konvensiyası"na qoşulması, Rusiya tərəfindən həmin Konvensiyanın 14-cü Protokolunun ratifikasiyası, Şimali Qafqaz bölgəsində insan hüquqlarının pozulması, Türkiyədə qeyri-müsəlman azlıqların və Qərbi Yunanıstanda müsəlman azlıqların dini azadlıqları və digər məsələlər müzakirə olunacaq.
Azərbaycanı iclasda Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, deputat Gültəkin Hacıyeva təmsil edəcək.