...

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət Katibinin köməkçisini qəbul edib

Siyasət Materials 4 Mart 2008 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart/ Trend / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı ABŞ Dövlət Katibinin köməkçisi Metyu Brayzanı qəbul edib.Bu barədə Trend a Azərbaycan xarici siyasət idarəsinin mətbuat xidməti məlumat verib. Görüşdə Azərbaycan və ABŞ arasında enerji və demokratiya sahələri üzrə aparılan dialoq diqqət mərkəzində olub.Tərəflər Dağlıq Qarabağ münaqişəsinə də toxunublar. Məmmədyarov münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü şərşivəsində mümkünlüyünü qonağın diqqətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti