...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 7 Mart 2008 10:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 6-da saat 11.20-dən martın 7-i saat 04.25-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan, Aşağı Veysəlli, Qərvənd və Horadiz kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 12.00-dan 12.40-dək və saat 23.25-dən 23.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 22.45-dən martın 7-i saat 02.15-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.15-dən 23.45-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti