Azərbaycan, Bakı, 07 mart / Trend / Azərbaycan prezidenti cümə günü 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Prezident Azərbaycan qadınlarına can-sağlığı, səadət və işlərində uğurlar arzulayıb.
Təbrikdə prezident hüquq və azadlıqları tam təmin edilmiş Azərbaycan qadınının bugünkü yüksək ictimai mövqeyinin təqdirəlayiq olduğunu bildirib və ölkədə bərqərar olmuş demokratik mühitin qadınlarımıza öz istedad və bacarıqlarını gələcəkdə də tam gerçəkləşdirə bilmələri üçün lazımi əlverişli şərait yaratdığını qeyd edib.