...

NATO-da hesab edirlər ki, Azərbaycan parlamenti ölkənin müdafiə siyasətinin formalaşdırılmasında iştirak etməlidir (video)

Siyasət Materials 9 Mart 2008 17:03 (UTC +04:00)
NATO-da hesab edirlər ki, Azərbaycan parlamenti ölkənin müdafiə siyasətinin formalaşdırılmasında iştirak etməlidir (video)

Azərbaycan, Bakı, 8 mart / Trend müxbir K.Ramazanova/ Azərbaycan parlamenti ölkənin müdafiə siyasətinin formalaşdırılmasında iştirak etməlidir. Bunu şənbə günü mətbuat konfransında NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiyadakı xüsusi nümayəndəsi Robert Simmons deyib.

"Kosovodakı sülhməramlıların məsələsində olduğu kimi parlament müdafiə ilə bağlı qərarların qəbulu üçün vacib məsələləri müzakirə etməlidir", - deyə Simons bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti tərəfindən orduya nəzarət artırılmalıdır və bu, Fərdi əməkdaşlıq üzrə ikinci fəaliyyət planında (İPAP) gerçəkləşəcək.

Simmons qeydedibki, İPAP-ın əsas məsələləri sırasında Azərbaycan ordusunun NATO qüvvələri ilə birgə əməliyyatlarda iştirakı, treninqlərin keçirilməsi, habelə hərbi təhsil və Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi daxildir.

"Biz həmçinin bizim əməliyyatlarda Fövqəladə Hallar Nazirliyinin iştirakını nəzərdən keçiririk", - deyə Simmons vurğulayıb.

O həmçinin əlavə edib ki, iyunun sonlarında minaların təmizlənməsi üzrə Dövlət agentliyi (ANAMA) NATO ilə əməkdaşlığa dair müzakirələr aparacaq.

Simmonsun sözlərinə görə, IPAP planın icrası Azərbaycanın NATO-ya üzvlüyü üçün bir yoldur.

Azərbaycanla NATO arasındakı əməkdaşlığın əsasları 1994-cü ilin mayın 4-də imzalanan çərçivə sənədi - "Sülh naminə tərəfdaşlıq" proqramı ilə qoyulub. Azərbaycan bu proqramda ilk iştirak edən ATƏT-in 27 üzvündən biri olub.

1996-cıilin aprelində "Sülh naminə tərəfdaşlıq" çərçivəsində rəsmi sənədimzalanıb. Bu sənədə tərəfdaşlığın konkret istiqamətlərini müəyyənləşdirir. Hazırda sözügən proqrama uyğun olaraq Azərbaycan üzərinə götürdüyü 50-dək vəzifəni yerinə yetirir.

2005-ci ilin avqust ayının 3-də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planının təsdiqi ilə bağlı fərman imzalayıb.

Hazırda əməkdaşlıq Azərbaycanın NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planının ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti