...

Azərbaycan prezidenti Müqəddəs Patrik günü münasibətilə İrlandiya prezidentini təbrik edib

Siyasət Materials 15 Mart 2008 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı 15 mart / Trend / Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Müqəddəs Patrik günü münasibətilə İrlandiyanın prezidenti xanım Meri Makalisi təbrik edib.

Təbrik məktubunda prezident Azərbaycan -İrlandiya münasibətlərinin daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Prezident bu əlamətdar gün münasibətilə İrlandiya prezidentinə möhkəm can-sağlığı, işlərində uğurlar, dost xalqa əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti