...

Azərbaycanın cənub bölgəsində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Siyasət Materials 17 Mart 2008 14:46 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 17 mart / Trend ", müxbir P.Əliyeva/ Ələt-Astara rayonunun 125-ci kilometrliyində Cəlilabad rayonunun Alar kəndi yaxınlığında martın 17-si saat 12.00 radələrində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Trend "un bölgə müxbirinin məlumatına görə, 10 UV 014 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobillə 42 BJ 422 dövlət nömrə nişanlı "Mersedes" markalı maşın toqquşub. Nəticədə 10 UV 014 dövlət nömrə nişanlı "Mersedes" markalı maşın Bakı istiqamətinə gedən 10 JG sərnişin avtobusu ilə toqquşub. "Mersedes" markalı maşında 3 nəfər ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Hazırda qəza nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti