Azərbaycan, Bakı, 18 mart / Trend ", müxbir A.Salmanov/ Azərbaycanda Norveç Krallığı vətəndaşının mənzilindən oğurluq edən şəxs tutulub. Bu barədə çərşənbə axşamı Trend a Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Martın 16-da paytaxtın Yasamal rayonundakı Şahbazi küçəsində yaşayan Norveç Krallığının vətəndaşı Eikeskoq Arvenin mənzilindən 350 manat, mobil telefon və qızıl əşyaları oğurlanıb.
DİN-in mətbuat xidmətinin məlumatına görə, Yasamal rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də oğurluğu törətmiş Bakı şəhər sakini Elnarə Nəsrəddinova tutulub.
Faktla bağlı araşdırma aparılır, cinayət işi açılıb.