...

Prezident İlham Əliyev Patrisiya Kaasın konsertində olub

Siyasət Materials 20 Mart 2008 00:42 (UTC +04:00)

Martın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında məşhur Fransa müğənnisi Patrisiya Kaasın konserti keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da həmin konsertdə olublar. Konsertdən əvvəl İlham Əliyev və xanımı "Cartier İnternational" şirkətinin prezidenti Bernard Fornas və dünyanın məhşur kino ulduzu Monika Beluççi ilə görüşüblər. İfasında blüz və caz elementlərini birləşdirən fransa şansonunun kraliçası Patrisiya Kaas Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində fortepianonun müşayiətilə canlı olaraq ən populyar mahnılarını ifa edib. Müvəffəqiyyətlə keçən konsertin sonunda Patrisiya Kaas İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti