...

RF yaxın vaxtda Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini qəbul etməyəcək - Qərb ekspertləri

Siyasət Materials 24 Mart 2008 15:24 (UTC +04:00)
RF yaxın vaxtda Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini qəbul etməyəcək - Qərb ekspertləri

Azərbaycan, Bakı, 24 mart / Trend müxbir A.Qasımova/ Avropa eksperti Cef Mankof hesab edir ki, yaxın vaxtlarda Rusiya hökumətinin Gürcüstandan ayrılmış Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin qəbul edəcəyi gümana gəlməzdir.

" Birincisi, Rusiya tərəfinin Cənubi Osetiya və Abxayziyanın miüstəqilliyini tanıması Gürcüstanın NATO-ya qəbulunu təmin etməyəcək. İkincisi isə Çeçenistanda və mümkündür ki, Rusiya Federasiyasının digər bölgələrindəki separatçı qüvvələrin möhəkəmlənməsinə səbəb olacaq"- deyə Trend -a bazar ertəsi Avropa Şurasının beynəlxalq münasibətlər üzrə əməkdaşı və Yel universitetinin təhlükəsizlik məsələləri üzrə baş elmi işçisi Cef Mankof məlumat verib.

Rusiya Cənubi Osetiya, Abxaziya və Dnestryanı tanınmamış respublikaların ərazilərində öz nümayəndəliklərini açmaq niyyətindədir. Bu barədə martın 13-də Dövlət Dumasının MDB məsələləri üzrə Komitəsində keçirilmiş postsovet məkanında "dondurulmuş" münaqişələr haqqında məsələrə dair dinləmələrdə bəyanat verilib. İclasda həmçinin, Cənubi Osetiya Abxaziya və Dnestryanı ilə münasibətlərin formatı dəyişdilməsi və bu respublikalarla münasibətdə xarici siyasət, iqtisadiyyat və hərbi təzyiq cəhdrinə müqavimət haqqında təkliflər irəli sürülüb. Rusiya tərəfi tanınmamış respublikaların nümayəndəlinin,onların maraqlarını əhatə edəcək bütün beynəlxalq təşkilatlarda və forumlarda iştirakına və bu ərazilərdə yaşayan Rusiya vətəndaşlarının hüqüularının qorunmasına nail olmaq istəyir.

Mankofun sözlərin görə, Duma xarici siyasətdə ikinci dərəcəli rol oynayır və onun Abxaziya və Cənubi Osetiyanın müstəqilliyilə bağlı danışıqlara çağırışları çox məhdud olacaq. "Bu məsələlrdə son söz Kremlindir və Kreml, hələlik Dumanın səslərini Gürcüstan və onun qərbdəki müttəfiqlərinə təzyiq etmək üçün vəsait kimi istifadə edə bilər. (xüsusilə Gürcüstanın NATO-ya daxil olması məsələsi ilə bağlı)" -deyə ekspert bildirib.

Amerika eksperti Zeyno Baranın fikrincə, Dumanın bu qərarı ilk hadisə deyil. Rusiya hökuməti bu təşəbbüslə hərəkət edərsə, beynlxalq nüfuzuna zərər vura bilər.

" Hesab edirəm ki, Rusiya Abxaziya və Cənubi Osetiyanı tanıma təhlükəsini gündəlikdə saxlayacaq və Kosovo ilə bağlı qərblə danışıqlar üçün vasitə kimi istifadə edəcək. Bu kartanı onlar bir dəfə istifadə edə bilər. Onlar danışıqlara indi başlasalar, müvafiq olaraq qərb tərəfin də reaksiyası olacaq. Fikrimcə, Rusiya bunu istəyir" - deyə Trend -a Vaşinqtonun Hadson İnstitutunun Avroasiya araşdırmaları Mərkəzinin direktoru Zeyno Baran deyib.

Xəbər lenti

Xəbər lenti