...

Meksika Azərbaycanla əməkdaşlığının inkişafında maraqlıdır-Meksika xarici işlər nazirinin müavini

Siyasət Materials 28 Mart 2008 14:39 (UTC +04:00)
Meksika Azərbaycanla əməkdaşlığının inkişafında maraqlıdır-Meksika xarici işlər nazirinin müavini

Azərbaycan, Bakı, 28 mart / Trend , müxbir E.Hüseynli/ Meksika Azərbaycanla əməkdaşlığının inkişafında maraqlı olduğunu bəyan edib. "Meksikanın Azərbaycanla enerji ehtiyatlarının düzgün istismarı və neft gəlirlərinin istifadə edilməsi təcrübəsinin öyrənilməsində xüsusi marağı var" cümə günü Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşündə Meksika xarici işlər nazirinin müavini xanım Mariya Lourdes Aranda Bezaurini bildirib.

Xanım Bezaurinin cümə günü Azərbaycana rəsmi səfəri başlayıb. Azərbaycan Latın Amerikasında ilk olaraq Meksikada səfirlik açıb.

Görüşdə Xələfov deyib ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanların istifadə edilməsi vacibdir.

Daha sonra, tərəflər parlamentarilər arasında əlaqələrin qurulması, aqrobiznes, kiçik və orta sahibkarlığın inkişafı, təhsil, səhiyyə, sosial inkişaf, elmi-texniki və mədəniyyət sahələrində mübadilələr, qarşılıqlı imkanların öyrənilməsi və inkişaf etdirilməsi, çoxtərəfli səviyyədə əməkdaşlıq etmək perspektivlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti