...

Azərbaycanda bələdiyyə sədrlərinin seçki vasitəsilə müəyyənləşdirilməsini nəzərdə tutan layihə hazırlanır

Siyasət Materials 30 Mart 2008 14:11 (UTC +04:00)
Azərbaycanda bələdiyyə sədrlərinin seçki vasitəsilə müəyyənləşdirilməsini nəzərdə tutan layihə hazırlanır

Azərbaycan, Bakı, 30 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentində müxalifəti təmsil edən Müsavat deputat qrupu bələdiyyə sədrlərinin seçki vasitəsilə müəyyənləşdirilməsini nəzərdə tutan layihə hazırlayır. "Hazırda bələdiyyə sədrləri yerli özünüidarəetmə orqanlarının üzvləri tərəfindən seçilir. Bədəliyyələrin fəaliyyətinin gücləndirilməsi üçün sədrlərin seçicilər tərəfindən seçilməsi vacibdir", - deyə bazar günü Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Azərbaycanda 2757 bələdiyyə var.

Hüseyn qeyd edib ki, Azərbaycan bələdiyyələri özünü doğrultmur və vəzifələrini yerinə yetirmirlər.

"Bələdiyyələrin fəaliyyətini gücləndirmək, əhalinin ehtimadını gücləndirmək üçün sədrlərin seçicilər tərəfindən müəyyənləşdirilməsi vacibdir. Ona görə də "Bələdiyyələrin statusu haqqında" qanunda bunu nəzərdə tutan dəyişikliyin edilməsi üçün layihə hazırlayırıq", -deyə millət vəkili əlavə edib.

Müxalifəti təmsil edən deputatlar Azərbaycanın böyük şəhərlərində bələdiyyələrin yaradılmasını da vacib hesab edirlər və hazırladıqları layihədə bununla bağlı müddəalar əks olunacaq. "Bakı və Gəncə şəhərlərinin bələdiyyəsi yaradılmalıdır. Qanun layihəsinə bununla bağlı dəyişiklik edilməsi vacibdir" - Hüseyn əlavə edib.

Parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun beş üzvü var.

Xəbər lenti

Xəbər lenti