...

Avropa Şurası "exit-poll" keçirən təşkilatların qeydiyyata alınmamasını təklif edir

Siyasət Materials 31 Mart 2008 18:30 (UTC +04:00)
Avropa Şurası "exit-poll" keçirən təşkilatların qeydiyyata alınmamasını təklif edir

Azərbaycan, Bakı, 31 mart/ Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası Azərbaycandakı seçkilər zamanı alternativ sorgu -"exit-poll" keçirən təşkilatların Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmadan fəaliyyət göstərmələrinə icazı verilməsini təklif edir. "Avorpa Şurası Venesiya Komissiyasının Azərbaycanın Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı verdiyi aralıq rəydə qeyd olunub ki, -"exit-poll" keçirən təşkilatların Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmasına ehtiyac yoxdur. Lakin Azərbaycanın təklif etdiyi dəyişikliklərdə qeyd olunub ki, belə təşkilatlar mütləq qeydiyyatdan keçməlidirlər", - deyə bazar ertəsi jurnalistlərə açıqlamasında Venesiya Komissiyasının üzvü Lətif Hüseynov bildirib.

Venesiya Komissiyasının rəyində hərbi qulluqçuların səsvermə şəraitinin yaxşılaşdırılması ilə bağlı təkliflər var. Komissiya hesab edir ki, hərbi qulluqçular hərbi hissələrdə deyil, mümkün qədər digər seçicilərlə birgə səs verməlidirlər.

"Azərbaycan hökuməti isə hesab edir ki, xüsusi yerlərdə, əsasən, ermənilərlə cəbhə bölgəsində yerləşən ərazilərdə bunu etmək mümkün deyil. Ona görə də cəbhə bölgəsində yerləşən hərbi hissələrdə seçki məntəqələri yaradılmalıdır və Azərbaycanın layihəsində bu, əksini tapıb", -deyə Hüseynov əlavə edib.

Onun sözlərinə görə, Venesiya Komissiyası bir sıra iradlarla yanaşı, Azərbaycanın təqdim etdiyi əlavə və dəyişiklikləri müsbət qiymətləndirib. Rəy artıq Azərbaycan hökumətinə təqdim olunub. Yaxın günlərdə, Venesiya Komissiyasının rəyi də nəzərə alınmaqla, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər Milli Məclisə təqdim olunacaq.

Məcəllədə ona yaxın dəyişikliyin edilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti