...

NATO Gürcüstan və Ukraynanı Alyansa qəbul etməlidir - Corc Buş (video)

Siyasət Materials 2 Aprel 2008 12:13 (UTC +04:00)
NATO Gürcüstan və Ukraynanı Alyansa qəbul etməlidir - Corc Buş (video)

Azərbaycan, Bakı, 02 aprel / " , müxbir A.Qasımova/ NATO Gürcüstan və Ukraynanı Alyansa qəbul etməlidir. Bu barədə bu gün NATO-nun Buxarest sammitində çıxış edən ABŞ prezidenti Corc Buş bildirib.

"Bu məsələdə ABŞ-ın mövqeyi aydındır. Gürcüstan və Ukrayna zamanında demokratik inqilablar həyata keçirdi. Buna görə də onlar MAR-a (Üzvlük üzrə Fəaliyyət Planı - Redaktorun əlavəsi) qoşulmalıdır" - deyə Amerika prezidenti bildirib. Onun sözlərinə görə, əgər bu ölkələrin vətəndaşları demokratik islahatları davam etdirərlərsə, ABŞ bu dövlətlərin suveren və müstəqil olaraq qalacaqlarına söz verir.

Amerikalı prezident aprelin 3-də Albaniya, Xorvatiya və Makedoniyanın NATO-nun tərkibinə planlaşdırılan qəbulunu "Böyük addım" adlandırıb. "Biz Serbiya, həmçinin Bosniya və Hersoqovinanın tez bir zamanda Alyansa qoşulmasına çalışırıq" - deyə Buş bildirib.

NATO-nun üçgünlük sammiti çərşənbə günü Buxarestdə açıq elan edilib. Sammitdə Əfqanıstanda NATO-nun sülhməramlı əməliyyatlarının hərbi-arxa ilə təmin edilməsi ilə əlaqədar problemlər, Alyansa yeni dövlətlərin qəbul edilməsi ilə bağlı vəziyyət, Şərqi Avropada Amerikanın raket əlayhinə müdafiə sistemlərinin yerləşdirilməsi, həmçinin yeni təhlükə və çağırışlar şəraitində NATO-nun transformasiya edilməsi məsələri müzakirə olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti