...

Qarabağ münaqişəsinə dair Madrid sənədi danışıqlar üçün yaxşı əsasdır - RF XİN-in rəhbəri (video)

Siyasət Materials 2 Aprel 2008 14:06 (UTC +04:00)
Qarabağ münaqişəsinə dair Madrid sənədi danışıqlar üçün yaxşı əsasdır - RF XİN-in rəhbəri (video)

Azərbaycan, Bakı, 02 aprel / " , müxbir A.Qasımova / Noyabr ayında ATƏT-in Minsk qrupu həmsədrləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı baza prinsipləri barədə qəbul olunmuş sənəd Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinə yaxşı əsasdır. Bu barədə bu gün Rusiyanın xarici işlər naziri Serqey Lavrov RF-nin Dövlət Dumasının iclasında çıxış edərkən bildirib.

Noyabr ayının sonlarında ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan və Azərbaycan XİN rəhbərlərinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı baza prinsipləri əks olunmuş sənədi təqdim edib. Lavrovun sözlərinə görə, Dağlıq Qarabağ üzrə danışıqlar prosesi heç vaxt dayandırılmayıb və davam etdiriləcək.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.1992-ci ildən etibarən Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələki nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycan bu günlərdə ATƏT-in Vyanadakı Katibliyinə Minsk qruppu həmsədrlərinin geri çağırılması və təyin olunması prosedurlarını öyrənmək məqsədi ilə müraciət edib. Azərbaycan hökumətinin narazılığına səbəb ATƏT-in Rusiya, Fransa və ABŞ həmsədrlərinin martın 14-də BMT Baş Assambleyasının sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamənin əleyhinə səs vermələri olub.

Xəbər lenti

Xəbər lenti