...

Avropa Azərbaycana sərmayə yatırmağa hazır olmalıdır – "Links" təşkilatının rəhbəri

Siyasət Materials 2 Aprel 2008 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir S.İlhamqızı/ Böyük Britaniyanın "Links" təşkilatının rəhbəri Denis Sammut hesab edir ki, Avropa Azərbaycan üçün inkişaf baxımından ən yaxşı məkandır. "Azərbaycan Avropa ölkəsidir, Asiyanı Avropa ilə birləşdirən əhəmiyyətli bir məkandır. Avropa Azərbaycana sərmayələr yatırmağa, həmçinin, insan resursları verməyə hazır olmalıdır", - deyə "Links" təşkilatının rəhbəri çərşənbə günü Bakıda keçirilən "Azərbaycan və Avropa 2008" mövzusundakı konfransda çıxışı zamanı bildirib.

Sammutun sozlərinə görə, Azərbaycanda təhsil sistemi müasirləşdirilməli, hökumətin fəaliyyətinə nəzarət gücləndirilməli, medianın problemlərinin həllinə hakimiyyət özü maraq göstərməlidir.

Onun fikrincə, Azərbaycan inkişaf və Avropaya inteqrasiyada öz potensialından hələ tam istifadə etməyib.

Hakim Yeni Azərbaycan partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, Azərbaycan xalqı öz təfəkkürünə, təhsilinə, mədəniyyətinə görə Avropa xalqları ilə eyniləşdirilə bilər. Lakin o hesab edir ki, Avropa strukturları Azərbaycana munasibətdə ikili standartlardan çıxış edir: "Azərbaycan NATO-nun bütün proqramlarında iştirak edir, Ermənistan isə yox. Amma NATO Ermənistana da eyni münasibət göstərir"-deyə Novruzov bildirib.

Azərbaycanlı politoloqlar Rasim Musabəyov, Rüstəm Məmmədov və başqaları çıxışlarında bildiriblər ki, Azərbaycan Avropaya inteqrasiya yolunda israrlıdır və Avropanın liberal dəyərləri Konstitusiyamızda da təsbit olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti