...

Buxarestdə NATO sammitinin iclası öz işinə başlayıb

Siyasət Materials 3 Aprel 2008 12:47 (UTC +04:00)
Buxarestdə NATO sammitinin iclası öz işinə başlayıb

Azərbaycan, Bakı, 03 aprel / " müxbir A.Qasımova/ Bu gün Buxarestdə NATO Şurasının - bu hərbi-siyasi blokun ali siyasi orqanının iclası öz işinə başlayıb.

İclası Alyansın Baş katibi Yap de Hoop Sxeffer açıb. Öz çıxışı zamanı o, sammitin yaxşı təşkil olunmasına görə Rumıniyaya təşəkkürünü bildirib. Rumıniya prezidenti Troyan Basesku öz növbəsində sammitin Buxarestdə keçirilməsinin əhəmiyyətli olduğunu qeyd edib və bildirib ki, Rumıniya bir vaxtlar Alyansa üzv olmaq üçün böyük cəhdlər göstərib.

Sammitin iclası Əfqanıstan prezidenti Həmid Kərzayi, BMT Baş katibi Pan Gi Mun, Avropa Komissiyasının sədri Joze Manuel Borroza, Avropa İttifaqının ümumi xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana, həmçinin Dünya Bankı nümayəndələrinin iştirakı ilə qapalı şəkildə keçirilir.

Buxarest sammitinin formatında digər əlamətdar hadisələr - Avroatlantik Tərəfdaşlıq Şurası, Rusiya-NATO Şurası və Ukrayna-NATO Komissiyasının yüksək səviyyədə keçiriləcək iclasları da gözlənilir.

Buxarestdə keçirilən sammit Alyans tarixində keçirilən ən nüfuzlu sammitdir. Rumıniyanın paytaxtına təxminən 60 dövlət, o cümlədən NATO-ya üzv və tərəfdaş dövlətlərin hökumət başçıları toplaşıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti