...

Livan əhalisi İsraillə müharibəyə hazırlaşır

Siyasət Materials 7 Aprel 2008 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir R.Hafizoğlu,R.Abdullayev / İsrail Livanla həmsərhəd reqionunda keçirdiyi hərbçilərin təlimlərinin mülki müdafiə xarakteri daşıdığını deyir, Beyrutda isə, əhali bunu müharibəyə hazırlıq kimi qəbul edir.

"İsraillə Livan arasında müharibə qaçınılmazdır"- deyə, Livanlı müstəqil politoloq Vail Əlyəmin Trend -a bildirib.

İsrail KİV-in məlumatıına görə, dünən ölkədə irimiqyaslı mülki müdafiə üzrə bir həftə davam edəcək təlimlər başlanıb. Associated Press Agentliyinin məlumatına əsasən, Livandakı "Hizbullah" radikal qruplaşmasının liderlərindən olan Naim Qassam İsrailin keçirdiyi hərbi təlimləri Livanla yeni müharibəyə hazırlıq kimi qiymətləndirib. Şeyx Qassam , İsrailin hərbi əməliyyatlara başlayacağı təqdirdə, "Hizbullah"ın Livanı müdafiə etməyə tam hazır olduğunu bildirib.

"İsrailin genişmiqyaslı hərbi təlimlərə başlaması təsadüfi deyil"- deyə, Livanın "14mart" İnformasiya Agentliyinin direktoru Əlyəmin bazar ertəsi Beyrutdan telefonla bildirib. O hesab edir ki, yaxın bir ay ərzində olmasa da, yay aylarında müharibənin başlayacağı istisna edilmir.

Politoloq hesab edir ki, müharibənin qarşısını almaq üçün Livan höküməti İsraillə danışıqlar apara bilər, amma bu, müharibənin qarşısını almayacaq. "Livan hökuməti ölkədə baş verən bir çox hadisələrə nəzarət etmək iqtidarında deyil" - deyə, Əlyəmin bildirib.

""Hizbullah" heç vaxt boş vədlər vermir və gec-tez İmad Muğniyənin (fevralda qətlə yetirilmiş təşkilatının liderlərindən biri - Redaktorun qeydi) qisası alınacaq. Livanlıların böyük bir qismi "Hizbullah"ı dəstəkləməkdədir və Livan əhalisi psixoloji cəhətdən müharibəyə hazırdır"-deyə, o qeyd edib.

Livan Xarici İşlər Nazirliyinin mətbuat xidməti İsraildə keçirilən təlimlərə dair sualı cavablandırmaqdan imtina ediblər.

İsrailin Müdafiə Nazirliyindəki adının gizli saxlanılmasını istiyən mənbə Trend a müsahibəsində planlaşdırlan tədbirlərin hazırda regionda baş verən hadisələrlə bağlı olmadığını və planlı şəkildə həyata keçirildiyini bildirib.  "Biz mülki müdafiə üzrə irimiqyaslıı təlimlər həyata keçiririk və regionda hər hansı bir müharibəyə hazırlıqdan söhbət belə gedə bilməz"- deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırkı təlimlər İkinci Livan müharibəsindən sonra yaradılan fövqəladə hallar üzrə Milli Xidmətin işini yoxlamaq üçün keçirilir. Bu xidmət polis, arxa cəbhənin idarə olunması, xilasetmə xidməti, yanğın xidməti, təcili yardım, nazirliklər və idarələrin işinin koordinasiyası üçün nəzərdə tutulub - deyə mənbə bildirib.

Bunula yanaşı, dünən Təl-Əvivdə ordunun yaralı əsgərlərinin şərəfinə təşkil olunmuş tədbirdə çıxış edən İsrailin müdafiə naziri Ehud Barak bəyan edib ki, İsrail müharibəyə deyil. sülhə can atır. Barak "Sülhü istəyən - müharibəyə hazır olmalıdır" misalını xatırladıb.

"İsra" Agentliyinin bazar ertəsi yaydığı məlumata görə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi

Məhəmməd Əl-Hüseyni region dövlətlərinin İsrailin keçirdiyi hərbi təlimləri izlədiyini bildirərək, İsrailin dünya liderlərinin müzakirə obyekti olmasına çağırıb. "Təəssüf hissilə qeyd edirəm ki, hər dəfə ABŞ rəsmilərinin İsraili rəsmi səfərindən sonra biz sionistlərin keçirdiyi qanlı aksiyalara şahid oluruq" -deyə, o qeyd edib.2006-cı ilin iyulunda "Hizbullah" təşkilatı ilə İsrail arasında baş vermiş 34-günlük müharibədə,1200 mülki livanlının və 158 İsrail hərbçisinin öldürüldüyü bildirilib.

Məqalənin müəllifi ilə trend ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti