...

Azərbaycan Müdafiə Nazirliyi əsgərin ermənilərə əsir düşməsi ilə bağlı məlumatı təkzib edir

Siyasət Materials 14 Aprel 2008 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin əsgərinin ermənilərə əsir düşməsi ilə bağlı məlumatı təsdiq etməyib. "Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüsal Heybətov əsir düşməyib və ermənilərin bununla bağlı yaydıqları məlumat cəfəngiyatdır", - deyə bazar ertəsi Trend a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytinant Eldar Sabiroğlu bildirib.

Ermənistanın "Mediamaks" Agentliyinin yaydığı məlumata görə, Azərbaycan Milli Ordusunun əsgəri Vüsal Heybətov aprelin 11-də ermənilərə əsir düşüb. Həmin məlumata görə, hadisə Azərbaycan-Ermənistan qoşunlarının Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində yerləşən təməs xəttində baş verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti