...

GUAM ərazisindəki münaqişələrin həllində daha böyük dəstək almaq üçün səy göstərəcək – baş katib

Siyasət Materials 15 Aprel 2008 15:30 (UTC +04:00)
GUAM ərazisindəki münaqişələrin həllində daha böyük dəstək almaq üçün səy göstərəcək – baş katib

Azərbaycan, Bakı, 15 aprel/ Trend , müxbir S.Ağayeva/ GUAM öz ərazisindəki münaqişələrin həlli məsələsində daha böyük beynəlxalq dəstək qazanmaq üçün səylər göstərmək niyyətindədir. GUAM-ın baş katibi Valeri Çeçelaşvili GUAM ərazisindəki münaqişələrin nizamlanması prinsipləri mövzusunda çərşənbə axşamı Bakıda keçirilən beynəlxalq konfransda bu çağırışla çıxış edib.

"Biz münaqişələrin beynəlxalq hüquq normaları və ilk növbədə ərazi bütövlüyünün təmin edilməsi prinsipi əsasında nizamlanması üçün daha böyük beynəlxalq dəstəyi səfərbər edəcəyik", - Çeçelaşvili bildirib.

O bildirib ki, GUAM ərazilərindəki münaqişələrin nizamlanması yalnız dövlətin suverenliyi və ərazi bütövlüyünün qorunması əsasında həyata keçirilə bilər.

GUAM baş katibi GUAM məkanında mövcud olan münaqişələrin həllində vahid strategiyanın hazırlanması üçün bir növ "ağıl həmləsinin" keçirilməsinin zəruri olduğunu bildirib.

GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) BMT Baş Assambleyasına "dondurulmuş münaqişələr" haqqında Qətnamə layihəsi təqdim ediblər.

"Dördlük", millətləri ərazisində SSRİ dövründən separatçı meylli etnik qüvvələrin qaldığı dövlətlərin ərazi bütövlüyünü təsdiqləməyə çağırır - Azərbaycanda Dağlıq Qarabağ, "Gürcüstanın Abxaziya və Çxinvali regionları" və Moldovada Dnestryanı.

Azərbaycan, Gürcüstan, Moldova və Ukryana Qətnamə layihəsində dövlətləri və beynəlxalq təşkilatları GUAM məkanındakı münaqişələrin nizamlanması prosesinə yardım etməyə çağıraraq, həlli uzanmış münaqişələrin regiondakı sülh və sabitliyə təhlükə doğurduğunu bildirirlər.

GUAM formatı 1999-cu ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişafuğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti