...

Azərbaycan XİN başçısı Ermənistan naziri ilə görüşməyə hazırdır

Siyasət Materials 15 Aprel 2008 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / " müxbir K.Ramazanova/ Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov keçən həftə bu vəzifəyə yeni təyin olunmuş erməni həmkarı ilə prezidentlərin növbəti görüşünü müzakirə etmək üçün görüşməyə hazır olduğunu bəyan edib.

"Düşünmürəm ki, Ermənistanda XİN başçısının dəyişməsi ilə əlaqədar danışıqlar prosesi yenidən başlasın. Biz artıq Praqa prosesi çərçivəsində bir çox məsələləri razılaşdırmışıq və bu prosesi davam etdirməlyik" - deyə Məmmədyarov bildirib.

Serj Sarkisyanın Ermənistan prezidenti seçildiyi 19 fevral seçkilərindən sonra Ermənistan XİN başçısı Vardan Oskanyan tutduğu vəzifədən getdiyini bəyan edib. Onu bu vəzifədə Eduard Nalbandyan əvəz edib.

Məmmədyarov qeyd edib ki, həmsədrlər və beynəlxalq təşkilatlar anlamalıdırlar ki, Dağlıq Qarabağ münaqişəsi "Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi"indən savayı, başqa bir yolla həll edilə bilməz.

"Ermənistan nə qədər tez konstruktiv mövqe tutarsa, bu, bir o qədər tez həm Ermənistanda, həm də bütün regionda müsbət əks olunar" - deyə nazir qeyd edib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.1992-ci ildən etibarən Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti