...

Azərbaycan prezidenti ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə müşavirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 16 Aprel 2008 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend / Azərbaycan prezidenti İlham Əliyev aprelin 16-da Prezident sarayında ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə müşaviri Daniel Feytanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident Əliyev Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində də uğurla inkişaf etdiyini vurğulayıb və əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə əminliyini bildirib.

Azərbaycana ikinci dəfə səfər etdiyini bildirən Feyta ötən illər ərzində ölkəmizdə çox böyük inkişaf baş verdiyinin şahidi olduğunu deyib. O, ABŞ-la Azərbaycan arasında müdafiə sahəsindəki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti