...

Azərbaycan prezidenti Naxçıvan MR-in Həmkarlar İttifaqları Şurasının əməkdaşlarına fəxri adlar və ordenlərin verilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 29 Aprel 2008 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel/ Trend / Azərbaycan prezidenti İlham Əliyev aprelin 29-da Naxçıvan MR-in Həmkarlar İttifaqları Şurasının yaranmasının 40 illiyi münasibətilə təhsil və mədəniyyət sahələrində xidmətlərinə görə Şuranın əməkdaşlarına fəxri adların və ordenlərin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuranın əməkdaşları Bektaşi Məmməd Heydər oğlu, Əliyeva Gültac Bədəl qızı, Hüseynova Aygün Nadirşah qızı, Məmmədov Nüsrəddin Zöhrab oğlu, Tağıyev Mirzalı Zeynalabdin oğlu, Tağıyeva Səkinə Şaban qızına "Azərbaycan Respublikasının əməkdar müəllimi", Əhmədova Gülxarə Mənaf qızı, Hüseynov Rövşən Qurbanəli oğlu, Xudaverdiyev Rəşadət Cabbar oğlu, Mehbalıyev Nəsrəddin Firudin oğluna "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı verilib, Hacıyev Elman Həbib oğlu "Şöhrət" ordeni, Həsənov Məmmədəli Əli oğlu, Hüseynov Məmməd Əli oğlu, İbrahimli Xatirə Mikayıl qızı, İsmayıllı Nadir İslam oğlu, Qəhrəmanov Mirzə Əli oğlu, Qurbanov Yaqub Nağı oğlu, Səfərov Yaşar Zöhrab oğlu, Talıbova Nərgiz Həsən qızı "Tərəqqi" medalı ilə təltif olunublar.

Xəbər lenti

Xəbər lenti