...

Amerika hökuməti Azərbaycanda keçiriləcək prezident seçkisinə üç milyon dollar ayırıb

Siyasət Materials 1 May 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / " , müxbir M. Əliyev/ Amerika hökuməti Azərbaycanda demokratik prezident seçkisinin keçirilməsi üçün üç milyon dollar ayırıb. Oktyabr ayının 15-də Azərbaycanda prezident seçkisi keçiriləcək.

"Bu vəsait siyasi partiya və ya digər təşkilatlara ayrılmayacaq, bu vəsait söz azadlığı və seçkiöncəsi vəziyyətin yaxşılaşdırılmasına yardım edəcək", - deyə cümə axşamı Bakıda ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

Amerikalı diplomat Azərbaycanın bütün siyasi partiyalarını seçkilərdə iştirak etməyə çağırıb. Dersinin sözlərinə görə, "bu, Azərbaycan tarixi ərzində ən demokratik seçkilər olacaq". Səfir prezident seçkilərinə qədər Azərbaycanın Seçki Məcəlləsinə dəyişiklik məsələsinin həll ediləcəyinə ümid etdiyini bildirib.

"Azadlıq" blokuna daxil olan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf Partiyaları bəyan ediblər ki, seçki komissiyaları paritet əsaslarla formalaşdırılmayacağı təqdirdə, seçkiləri fəal şəkildə boykot edəcəklər.

Xəbər lenti

Xəbər lenti