Azərbaycan, Bakı,01 may / Trend / Prezident İlham Əliyev cümə axşamı Prezident sarayında Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Aydoğan Babaoğlunu qəbul edib. Görüşdə qeyd olunub ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Həmçinin, Türkiyə Hərbi Hava Qüvvələri komandanının Azərbaycana səfərinin iki ölkə arasında hərbi əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə olunub.