...

Azərbaycanda yaşayan ermənilərin dini, etnik mənsubiyyətləri ilə bağlı problemi yoxdur - Parlamentin birinci vitse-spikeri

Siyasət Materials 2 May 2008 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda hazırda 50 min erməni yaşayır və onlar dini, etnik mənsubiyyətlərinə görə heç bir problemlə üzləşmirlər.

"Heç kim bu məsələ ilə bağlı bizə irad tuta bilməz", deyə cümə günü Azərbaycan Parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov Almaniyanın Bavariya bölgəsi parlamentinin nümayəndə heyəti ilə görüşündə bildirib.

O bildirib ki, Ermənistan etnik təmizləmə həyata keçirib və orada yaşayan 250 min azərbaycanlı öz doğma yurdlarından qovulub.

"Ermənistan 250 min insanı dini, etnik mənsubiyyətlərinə və müsəlman və azərbaycanlı olduqlarına görə qovub" - Əsgərov deyib.

"Azərbaycanın inkişafı ilə bağlı nəzərdə tutulan islahatları istədiyimiz kimi həyata keçirə bilmirik. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi islahatların istənilən formada həyata keçməsinə imkan vermir. Bu təcavüz hələ də davam edir" - deyə birinci vitse-spiker görüşdə qeyd edib.

Manfred Axın rəhbərlik etdiyi Bavariya parlamentinin nümayəndə heyəti mayın 1-də Azərbaycana səfərə gəlib. Bavariyalı deputatlar Azəbaycan Parlamentində, Xarici İşlər və İqtisadi İnkişaf nazirliklərində bir sıra görüşlər keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti