...

Böyük Britaniyanın XİN Avropa işləri üzrə naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 5 May 2008 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may/ Trend , müxbir M.Əliyev/ Böyük Britaniyanın XİN Avropa işləri üzrə naziri Cim Merfi Cənubi Qafqaza regional səfəri çərçivəsində Azərbaycana baş çəkəcək. Bu barədə Trend -a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Səfər çərçivəsində britaniyalı nazirin Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri olacaq.

Merfi 2007-ci il iyunun 29-da Avropa işləri üzrə nazir təyin edilənədək Əmək və Pensiya Nazirliyində işləyib. Onun fəaliyyət sahələrinə Avropa İttifaqı və Avropa, Rusiya, Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukrayna, Belarus və Moldova, ATƏT və Avropa Şurası, NATO İctimai Diplomatiya Fondu daxildir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] z

Xəbər lenti

Xəbər lenti