...

Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş Bakı-Moskva telekörpüsü baş tutub

Siyasət Materials 6 May 2008 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may/ Trend , müxbir M.Əliyev/ Bu gün Azərbaycanın eks-prezidenti Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş Bakı-Moskva telekörpüsü baş tutub.

Bakıdakı studiyada Azərbaycan Dövlət Slavyan Universitetinin rektoru Kamal Abdullayev və yazıçı Çingiz Abdullayev iştirak ediblər. Moskvada isə, məşhur rəssam Nikas Safronov, yazıçı, Heydər Əliyev haqqında bioqfarik kitabın müəllifi Viktor Andrianov, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Aleksandr Romaşi və başqaları studiyada olublar.

Tədbir iştirakçıları Azərbaycan dövlətçiliyinin və ölkənin müstəqilliyinin inkişafında Heydər Əliyevin rolunu müzakirə ediblər, onun haqqında xatirələrini paylaşıblar.

Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Şurasında şöbə müdiri işləyib. 1944-cü ildən dövlət təhlükəsizlik orqanlarına işə göndərilib. 1964-cü ildən Heydər Əliyev Azərbaycan SSR Nazirlər Şurası yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, 1967-ci ildən isə sədri vəzifəsini tutub, ona general-mayor rütbəsi verilib. Əliyev bu illərdə Leninqradda (indiki Sankt-Peterburq - red) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə, Azərbaycan Dövlət Universistetinin tarix fakültəsini bitirib.

1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Azərbacyan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında o, Sovet İttifaqı Kommunist Partiyası MK Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Şurası sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 20 il ərzində SSRİ Ali Sovetinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub.

1987-ci ilin oktyabrında Heydər Əliyev Sov. İKP MK-nın və şəxsən Baş katib Mixail Qorbaçovun apardığı siyasətə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qanlı faicə ilə əlaqədar olaraq, Heydər Əliyev növbəti gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarını cəzalandırmağı tələb edib. 1991-ci ilin iyunulunda Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini vəzifəsini tutub. 1992-ci ildə Naxçıvan şəhərində "Yeni Azərbaycan" partiyasının təsis qurultayında Heydər Əliyev onun sədri seçilib.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-dən isə, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Heydər Əliyev respublikanın prezidenti seçilib. 1998-ci il oktyabrın 11-də seçkilərdə 76,1 faiz səs toplayaraq, yenidən Azərbaycanın prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə öz namizədliyinin irəli sürülməsinə razılıq verən Əliyev, səhhəti ilə bağlı, seçkilərdə iştirakdan imtina edib.

Dekabrın 12-də Azərbaycanın ümummilli lideri, prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarında, Klivlend klinikasında vəfat edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] z

Xəbər lenti

Xəbər lenti