...

Azərbaycan hərbçilərinin səsvermə hüququ olsa da, siyasətə qarışa bilməzlər-MSK sədri

Siyasət Materials 7 May 2008 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri bəyan edib ki, hərbçilərin siyası fəaliyyət göstərmək hüququ yoxdur. "Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin seçkidə səsvermə hüququ olsa da, onlar siyasətə qarışa bilməzlər" - çərşənbə günü keçirilən iclasda MSK sədri Məzahir Pənahov bildirib.

Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyev də çərşənbə günü müdafiə nazirinin Azərbaycan prezidenti postuna İlham Əliyevin namizədliyini irəli sürməsinə dair bəyanatını şərh edərkən bildirib ki, ordu siyasətə qarışmamalıdır.

"Azərbaycan Konstitusiyasında aşkar şəkildə göstərilib ki, hərbi qüvvələr siyasətə qarışmamalıdır", - deyə Mehdiyev bildirib.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bazar ertəsi, 2008-ci ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkisində İlham Əliyevin namizədliyini irəli sürdüyünü bildirib.

İlham Əliyev 2003-cü ildə prezident seçilib. 2005-ci ildə o, hakim Yeni Azərbaycan Partiyasına rəhbərlik edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti