...

Prezident seçkiləri Azərbaycanın nə dərəcədə demokratik dəyərlər tərəfdarı olduğunu göstərəcək- nazir

Siyasət Materials 7 May 2008 21:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir S.Ağayeva/ Azərbaycanda bu ilin payızında keçiriləcək prezident seçkiləri ölkənin nə dərəcədə demokratik dəyərlər tərəfdarı olduğunu göstərəcək, bu haqda jurnalistlərə çərşəmbə günü Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Cim Merfi bildirib.

Nazir həmçinin bildirib ki, Böyük Britaniya Azərbaycanda demokratiyanın inkişafı məsələlərinə ciddi önəm verir, və hesab edir ki, ölkənin gələcəkdə demokratiya yoluyla inkişaf etməsi üçün qarşıdaki prezident seçkiləri ədalətli və azad keçməlidir.

"Azad söz demokratiyanın əsasıdır və buna görə hakimiyyət bu məsələyə diqqət yetirməlidir", - Merfi əlavə edib.

Britaniyalı nazir bu gün Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər nazirinin müavini Araz Əzimovla demokratiya və Azərbaycanda seçkilərin azad və şəffaf keçirilməsi məsələlərini müzakirə edib.

"Azərbaycan höküməti məni əmin edib ki, söz azadlığının təmin edilməsi və seçkilərin demokratik keçirilməsində maraqlıdır",- nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti