...

Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Siyasət Materials 8 May 2008 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may/ Trend , müxbir E.Hüseynli/ Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə bağlı paytaxt Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə cümə axşamı Trend a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov məlumat verib.

Azərbaycanın sabir prezidenti Heydər Əliyevin 85 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev martın sonlarında sərəncam verib.

Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycanın prezidenti olub. Azərbaycanın sabiq prezidenti mayın 10-da anadan olub.

Əsədov deyib ki, mayın 10-u səhər saat 07.00-dan başlayaraq kütləvi tədbirlər qurtarana kimi tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək və tıxacların yaranmaması məqsədilə Mikayıl Müşfiq küçəsindən, Əzizbəyov heykəlindən və "Teleteatr"dan Fəxri Xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və hərəkət istiqaməti dəyişdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti