...

Azərbaycanda prezident seçkilərində səsvermə proseduru asanlaşdırılıb

Siyasət Materials 8 May 2008 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may/ Trend , müxbir E.Babayev/ Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkilərində səsvermə proseduru asanlaşdırılıb.

"Azərbaycanın Seçki Məcəlləsinə edilən dəyişikliklərə əsasən, adları seçki siyahısına düşməyən vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim edərək səs verə bilərlər", - hakim "Yeni Azərbaycan" partiyası icraçı katibinin müavini Mübariz Qurbanlı Trend -a bildirib.

Azərbaycan hökuməti və Avropa Şurası Venesiya Komissiyası arasında birgə müzakirələrdən sonra, Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr edilib.

Əvvəllər, adları seçki siyahılarına daxil edilməyən vətəndaşlar, səsvermə hüququ əldə etmək üçün məhkəməyə müraciət etməliydilər. Bu, çox vaxt aparır və vətəndaşların səs verməsinə mane olurdu.

İlkin yoxlamalardan sonra Azərbaycanın seçici siyahılarına 4 683 400 seçicinin adı daxil edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti