...

Azərbaycan prezidenti Vladimir Putini Rusiya Federasiyası Hökumətinin Sədri vəzifəsinə başlaması münasibətilə təbrik edib

Siyasət Materials 8 May 2008 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Vladimir Putini Rusiya Federasiyası Hökumətinin Sədri vəzifəsinə başlaması münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir ki, PutinAzərbaycan ilə Rusiya arasında çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinin inkişafına, dövlətlərarası münasibətlərin, strateji tərəfdaşlığımızın genişlənməsinə sanballı şəxsi töhfə verib. Prezident Əliyev iki ölkə arasında çoxşaxəli, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da hərtərəfli və dinamik inkişaf edəcəyinə əmin olduğunu bildirib. .

Xəbər lenti

Xəbər lenti