Azərbaycan, Bakı, 08 may/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Əli Bayramlı şəhərinin adının dəyişdirilib Şirvan şəhəri adlandırılması haqqındaAzərbaycan Respublikasi Qanununun tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb. Prezidentin imzaladığı digər sərəncam isə, Xanlar rayonunun Göygöl adlandırılması haqqında Azərbaycan Respublikasi Qanununun tətbiq edilməsi ilə bağlıdır.