Azərbaycan, Bakı, 09 may / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Silahlı Qüvvələrinin iyunda keçiriləcək hərbi paradında alınan yeni silahlar nümayiş etdiriləcək. Bu barədə Trend -a açıqlamasında Azərbaycan prezidentinin hərbi və təhlükəsizlik məsələləri üzrə müşaviri Vahid Əliyev məlumat verib.
İyunun 26-da Azərbacan Ordusunun yaranmasının 90 illiyi ilə bağlı hərbi parad keçiriləcək.
Əliyev qeyd edib ki, hərbi parada hazırlıq işləri davam edir: "Hərbi paradda Azərbaycanın bütün qoşun növləri iştirak edəcək".