Azərbaycan, Bakı. 11 may / Trend / Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşpen bazar günü "Qobustan" tarixi- mədəni dövlət qoruğu ilə tanış olub, dövlət televiziyası AzTV xəbər verir.
Qonaqa məlumat verilib ki, "Qobustan" qayaüstü rəsmləri 1930-cu ildə Azərbaycan alimlərinin diqqətini cəlb edib və elə o vaxtdan da onların geniş həcmli araşdırılmasına başlanılıb. Bildirilib ki, "Qobustan" qoruğu Azərbaycanda ilk qayaüstü rəsmi məskənidir. Alimlər burada 6 mindən çox qayaüstü rəsm, 20-dən artıq mabara aşkar ediblər.
1966-cı ildə Azərbaycn hökumətinin qərarı ilə "Qobustan" tarixi- mədəni dövlət qoruğu elan edilib. 2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyev qoruğun dünyada geniş təbliği məqsədilə "Qobustan" dövlət tarixi-mədəni qoruğu ərazisində yerləşən tarixi və mədəni dəyərlərin mühafizəsi haqqında" sərəncam imzalayıb.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qoruğ YUNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilib. Hal hazırda yeni texnoloqiyalardan istifadə etməklə beynəlxalq standartlara uyğun məlumat baası yaradılır.
İsveçrə Konfederasiyasının prezidenti qeyd etdi ki qoruğla tanışlığ onda böyuk maraq doğurdu. O xatirə kibabına ürək sözlərini yazdı.
Paskal Kuşpenin Bakıya səfəri yanvar ayında Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində görüşlər zamanı Azərbaycan prezidenti İlham Əliyevin öz həmkarını Azərbaycana dəvəti ilə keçirilir.
Səfər çərçivəsində qarşılıqlı maraq kəsb edən müxtəlif sahələrdə Azərbaycan-Isveçrə əməkdaşlığının inkişaf perspektivləri və hazırkı vəziyyətinin çoxtərəfli müzakirələri nəzərdə tutulur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]