...

Azərbaycanın hakim partiyasının yeni qərargahı inşa ediləcək

Siyasət Materials 12 May 2008 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyası özünə yeni mərkəzi qərargah inşa etdirmək niyyətindədir. "Büdcəmiz imkan verən kimi bu işə başlayacağıq", bazar ertəsi Trend a YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

YAP hazırda Bülbül prospekti 13 ünvanında yerləşir.

Qurbanlı deyib ki, YAP-ın büdcəsi üzvlük haqları, ianələr hesabına formalaşır.

Hakim partiyanın ötən ildə yığılan üzvlük haqları hesabına mədaxili 1 milyon 786 min 182 manat təşkil edib. Toplanmış vəsaitin 594 min 875 manatı İcra Katibliyində və rayon təşkilatlarının aparatlarında çalışan əməkdaşların əmək haqlarının ödənilməsinə sərf olunub. 116 min manatı "Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu" beynəlxalq konfransının, 114 min manatı partiyanın 15 illik yubileyi münasibətilə keçirilən tədbirlərin maliyyələşdirilməsinə xərclənib.

İl ərzində kommunal, təsərrüfat xərclərinə, o cümlədən telefon və rabitə xidmətlərinə 68 min manat, yardım və xeyriyyə tədbirlərinə isə təxminən 78 min 342 manat vəsait ayrılıb. Yerdə qalan vəsait müxtəlif partiya tədbirlərinin keçirilməsinə və partiyanın digər xərclərinin ödənilməsinə sərf olunub.

YAP-ın mədaxilindən il ərzində 54 min 426 manat gəlir vergisi ödənilib, 133 min 333 manat isə Dövlət Sosial-Müdafiə Fondunun hesabına köçürülüb.

Hesabat dövründə YAP-a 36 min 754 yeni üzv qəbul olunub və YAP üzvlərinin sayı 436 min 539 nəfərə çatıb. Partiya sıralarında gənclərin xüsusi çəkisi getdikcə artıb və əvvəlki illərə nisbətən 2007-ci ildə YAP-a üzv qəbul olunanların 52,9 faizini bu yaş qrupundan olan insanlar təşkil edir. Ümumi partiya üzvlərinin 38.8 faizini, yəni 169 min 499 nəfərini gənclər, 43.3 faizini, yəni 189 min 375 nəfərini isə qadınlar təşkil edir.

YAP 1992-ci ildə Naxçıvanda keçmiş prezident Heydər Əliyev tərəfindən təsis olunub. Yaranmasından 6 ay sonra hakimiyyətə gələn və hazırda da iqtidarda olan partiyanın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti