Azərbaycan, Bakı, 12 may / " , müxbir Y.Əliyev/ Azərbaycan və İsveçrə Konfederasiyasının prezidentləri İlham Əliyev və Paskal Kuşpen bazar ertəsi Bakıda təkbətək danışıqlar aparıblar.
Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafından razılıq və gələcək inkişaf üçün potensialın mövcudluğundan əminlik ifadə olunub. Tərəflər yüksək səviyyədə görüşlər keçirilməsinin vacib olduğunu, həmçinin İsveçrə prezidentinin rəsmi səfərinin dövlətlərarası münasibətlərin genişlənməsində əhəmiyyətli olduğunu qeyd ediblər.
Görüş zamanı həm ikitərəfli əməkdaşlıq, həm də beynəlxalq mahiyyətli məsələlər üzrə fikir mübadiləsi aparılıb. Tərəflər arasında danışıqlar hökumət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Kuşpen şənbə günündən Azərbaycan paytaxtında rəsmi səfərdədir. Səfər mayın 13-də başa çatacaq.