Azərbaycan, Bakı, 12 may/ Trend / Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Prezident sarayında İndoneziyanın xarici işlər naziri Noer Həsən Virayudanı qəbul edib.
Görüşdə prezident İlham Əliyev İndoneziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.
Virayuda İndoneziya Prezidenti Susilo Bambanq Yudhoyononun dəvətini Azərbaycan prezidentinə çatdırıb. İndoneziya naziri iki ölkə arasında siyasi əlaqələrin daim genişləndiyini, ikitərəfli münasibətlərin digər sahələrdə, o cümlədən iqtisadi sahədə daha da möhkəmlənməsi üçün yaxşı perspektivlərin olduğunu bildirib.