Azərbaycan, Bakı, 12 may / Trend , müxbir S.Ağayeva/ Azərbaycan Myanmada təbii fəlakətin aradan qaldırılması üçün yarım milyon dolar ayıracaq.
Myanmada şənbə günü "Nərgis" qasırğası nəticəsində yüz mindən çox insan vəfat edib və yüz minlərlə insan yaralanıb.
Azərbaycan höküməti Myanma hökümətinə kömək göstərilməsi haqqında qərar verib. Vəsait 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan ayrılib. Bu vəsait Myanmanın rəsmi orqanlarına göndəriləcək.