...

Qrızlov Azərbaycanda Xəzər hövzəsi ölkələri Parlament Assambleyasının yaradılmasını müzakirə edib (video)

Siyasət Materials 13 May 2008 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may/ Trend , müxbir M.Əliyev, İ.Əlizadə/ Rusiya Xəzər hövzəsi ölkələri Parlament Assambleyasının yaradılmasını və iyunda Bakıda Rusiya və Azərbaycanın parlament komissiyasının iclasının keçirilməsini təklif edir. Bu barədə Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib.

O, hər iki ölkənin münasibətlərini yüksək səviyyədə olduğunu qeyd edib.

Qrızlov jurnalistlərə prezident İlham Əliyev və MM-in spikeri Oqtay Əsədovla görüşdüyünü bildirib. Görüşdə Moskva-Bakı-Tehran dəmir yolu layihələri, həmçinin, Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyi müzakirə edilib.

"Biz ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları alqışlayırıq. Rusiya tərəflər arasında əldə edilmiş istənilən razılığı dəstəkləyəcək və bu qərarların təminatçısı kimi çıxış edəcək",- Qrızlov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected] z

Xəbər lenti

Xəbər lenti