Çexiya, Brno, 15 may / Trend , müxbir S.Nəcəfov/ Bu ilin sonuna kimi Çexiyanın Azərbaycana səfiri təyin olunacaq. "Yaxın zamanlarda, ən geci ilin sonuna qədər Çexiya Azərbaycana öz səfirini təyin edəcək" - deyə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə Trend -a bildirib.
Tağızadənin sözlərinə görə, bu səfirliyin ofisi Çexiyanın paytaxtı Praqada yerləşəcək, lakin fəaliyyəti birbaşa Azərbaycanla bağlı olacaq: "Bu, beynəlxalq diplomatik terminlərlə desək, "flying embassy", yəni "uçan səfirlik" olacaq" - deyə Tağızadə bildirib.
Azərbaycanın Çexiyadakı səfirliyi 2007 ilin yazından fəaliyyət göstərir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]