...

Bakıda külli miqdarda narkotik vasitəni satmaq istəyən İran vətəndaşı saxlanılıb

Siyasət Materials 20 May 2008 15:03 (UTC +04:00)

Azərbaycan,Bakı,20 may / Trend , müxbir K. Zərbalıyeva/ Külli miqdarda narkotik vasitəni Bakıda satmaq istəyən İran vətəndaşı saxlanılıb.

DİN-in mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İran vətəndaşı Güli Gülməhəmməd Nurməhhəmməd oğlu qaçaqmalçılıq yolu ilə Bakı şəhərinə gətirdiyi 10,5 kq tiryəki 36000 dollara satarkən tutulub.

Daxili işlər orqanları tərəfindən cari ilin birinci rübündə qanunsuz dövriyyədən 181  kiloqramdan artıq (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çox) narkotik vasitə götürülüb, 41,5 kq-a yaxın (2,7 dəfə çox) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınıb.                                     Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 400 nəfərdən 367-i (91,8%) əmək qabiliyyətli işləməyən və oxumayan, 101-i (25,3%) əvvəllər cinayət törətmiş şəxs, 7-i (1,8%) qadın, 1-i (0,3%) yetkinlik yaşına çatmayan şəxsdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti