Türkiyə, Ankara, 21 may / Trend , müxbir Y.Əliyev/ Türkiyə Parlamentinin spikeri Köksal Toptan iyunun 17-də Azərbaycana səfərə gələcək. Bu barədə spiker çərşənbə günü Ankarada Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşündə məlumat verib.
Azərbaycanın Baş naziri Artur Rasizadənin rəhbərliyi ilə hökumət nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.
Baş nazir Rasizadə çərşənbə günü Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Köksal Toptanla görüş keçirib.
Toptan bildirib ki, Azərbaycan Parlamentinin yaranmasının 90 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.
Toptan əlavə edib ki, Azərbaycanla Türkiyənin münasibətləri bütün ölkələrə nümunə ola bilər: "Türkiyə Azərbaycanla hökumətlərarası əlaqələrə, həmçinin, parlamentlərarası əməkdaşlığa böyük önəm verir. Böyük Millət Məclisi bu əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəmir" - deyə Toptan bildirib.
Spiker əlavə edib ki, Azərbaycanın Baş nazirinin səfəri ölkələrarası əlaqələrin inkişafına öz töhfəsini verəcək.
Rasizadə çərşənbə günü Türkiyə Prezidenti Abdullah Gül ilə də görüşəcək.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]