Gürcüstan, Tbilisi, 26 may / Trend , müxbir N. Kirtsxalia/ "Birləşmiş müxalifət" Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə çıxış edib. Bu gün parlament qarşısında keçirilən mitinqdə müxalifət liderlərindən biri olan David Qamkrelidze bəyan edib ki, bunun üçün hakimiyyətin 16 saat vaxtı var.
"Hakimiyyət hələ ki, bizim tələblərimizi yerinə yetirmir, biz buradan ayrılamayacağıq və aksiya permanent mahiyyət alacaq", - deyə o bildirib.
Müxalifətin bütün spektri və ilkin nəticələrə görə, parlamentə daxil olan bütün partiyalar - "Birləşmiş müxalifət", Xristian-Demokratik Hərəkatı, Leyboristlər və Respublikaçılar partiyaları də aksiyaya qoşulacaq.
Hazırda mitinqdə təxminən 5 000 müxalifət tərəfdarı iştirak edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: tre