Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik edib. Bu haqda Rusiya dövlət başçısının mətbuat xidmətinə istinadən " RBK " bildirib.
"Rusiya və Azərbaycan tarixən dostluq və qarşılıqılı inam münasibətləri ilə, stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində ümumi maraqlarla bir-birilə bağlı olub. Bu qəti prinsiplər uğurlu işgüzar əməkdaşlığın bünövrəsi olub və olacaq, həmçinin bir çox məsələlərdə ölkələrimizin regional və dünya əhəmiyyətli problemlərin həllinə qarşılıqlı uyğun yanaşmasını müəyyən edir" - məktubda deyilir.
"Hazırda bizim strateji əməkdaşlığa yeni məzmun verməklə onun gələcək inkişafına səy göstərməyimiz çox mühümdür", - Rusiya Federasiyası prezidentinin məktubunda bildirilib. O, "Rusiya və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin böyük perspektivlərə malik olması"na dair əminliyini ifadə edib.