...

Azərbaycanin prezidenti Finlandiya Respublikasına rəsmi səfərə yola düşmüşdür

Siyasət Materials 28 May 2008 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may / Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Finlandiya Respublikasına rəsmi səfərə yola düşmüşdür.

Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

Mayın 28-30-da baş tutacaq səfər zamanı İlham Əliyev Finlandiya prezidenti Tarya Halonenlə görüşəcək, parlamentdə olacaq və "Paasikivi" Cəmiyyətində muhazirə ilə çıxış edəcək. Cümə günü, mayın 30-da prezident İlham Əliyev Baş nazir Matti Vanhanenlə görüşəcək.

Xanım Halonenin Azərbaycana ilk səfəri 2005-ci ilin sentyabr ayında baş tutub. O, 2000-ci ildən Finlandiya prezidenti postunu tutur.

Neft və qaz idxal edən Finlandiya Azərbaycan ilə energetika sahəsində əməkdaşlığın inkişafında maraqlıdır. Bu ölkə atom enerjisi sahəsində dünya üzrə liderdir və hazırda burada dünyanın ən iri atom stansiyası inşa edilir.

Xəbər lenti

Xəbər lenti