...

Azərbaycan parlamentinin komissiyası hərbi xidmətə çağırışın əsasları haqda qanuna dəyişiklik edib

Siyasət Materials 29 May 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası hərbi xidmətə çağırışın əsasları haqda qanuna dəyişiklik edib. "Hərbi komissarlıqlarda fəaliyyət göstrən tibbi sosial ekspert komissiyaları 18 yaşınadək sağlamlıq imkanları məhdud olan və əlil sayılan bütün çağırışçılar barəsində onların uçotda durduğu rayon, şəhər, hərbi komissarlıqlarına yeddi gün müddətində məlumat verməlidirlər", - deyə cümə axşamı Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclasında birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.

Hazırda qüvvədə olan qanunda bununla bağlı heç bir maddə mövcud deyil. Hərbi komissarlıqlarda fəaliyyət göstrən tibbi sosial ekspert komissiyalarının rəyi ilə sağlamlıq imkanları məhdud olan və əlil sayılan şəxslər hərbi xidmətdən azad edilir.

Komissiya qanun layihəsinin Milli Məclisin müzakirəsinə təqdim edilməsini tövsiyə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti