Azərbaycan,Bakı,02 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Ukraynanın Hərbi Prokurorluğunun rəhbərliyi Azərbaycana səfərə dəvət olunub.
Səfərin bu il ərzində reallaşacağı nəzərdə tutulub.
Respublika Hərbi prokurorluğunun mətbuat xidmətindən bazar ertəsi Trend -a bildirilib ki, bu barədə hərbi prokuror Xanlar Vəliyevin Ukraynaya rəsmi səfəri zamanı razılıq əldə olunub.
Hərbi prokurorun rəhbərliyi ilə Ukraynada səfərdə olmuş nümayəndə heyətini Ukrayna Baş prokurorunun müavini Nikolay Qolomşa qəbul edib.
Səfər ərzində nümayəndə heyəti Ukrayna Baş Prokurorluğunun hərbi prokurorluqlar üzrə baş idarəsində hərbi prokurorluq və onun strukturu ilə tanış olub.
Görüşlər zamanı prokurorluq orqanları arasında ikitərəfli əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi müzakirə olunub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]